Aİ ölkələri enerji istehlakını azaldacaq

16:31 10.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi anti-Rusiya sanksiyaları fonunda Avropa İttifaqının rəhbərliyi enerji istehlakının kəskin azaldılması ilə bağlı siyasi razılığa gəlib.

Aİ Şurasının saytındakı mesajda deyildiyi kimi, onilliyin sonuna qədər enerji istehlakı əvvəlcədən planlaşdırılandan 11,7% az olmalıdır.

Avropa İttifaqı Şurası bu azalmanın Avropa Parlamentinin nümayəndələri ilə razılaşdırıldığını açıqlayıb.