ABŞ-da qırıcı qəzaya uğrayıb

10:11 04.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Kaliforniya ştatında Hərbi Dəniz Qüvvələrinə məxsus "F/A-18E/F Super Hornet" qırıcısı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Hadisə Kaliforniyanın Mohave səhrasında baş verib. Qəza yerinə hərbçilər və yanğınsöndürənlər cəlb olunub.

Qəzanın səbəbləri ilə bağlı araşdırma başlayıb. Digər təfərrüatlar barədə məlumat verilməyib.