ABŞ İrana yeni zərbələr endirməyə hazırdır, lakin...

09:50 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik səyləri davam etdirir.

Hafta.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ qüvvələri əlavə hərbi əməliyyatlar keçirməyə hazır vəziyyətdədir. Bununla belə, Vaşinqton hazırda diplomatik səylərə üstünlük verir. Mənbələr vəziyyətin sürətlə dəyişdiyini və yeni zərbələrin istisna olunmadığını bildiriblər.

Bundan əvvəl “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadla Vaşinqton və Tehran arasında texniki məsləhətləşmələrin davam etdiyini xəbər vermişdi.