Yazını böyüt
Yazını kiçilt
Bu il iyulun 1-də Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55 min 711 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Hafta.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 4,4 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 1911 olub. 2026-cı ilin yanvar-iyun aylarında kommersiya qurumlarının 86,7 faizi elektron, 13,3 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.