Abşeronda 2 otaqlı ev yanıb

11:06 01.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 28 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında lambirindən ibarət tavan 5 m² sahədə və yataq dəsti yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.