Abşeronda şəhid ailələri və qazilər ziyarət olunub - FOTO

19:35 26.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsi zamanı şəhid olan abşeronlu şəhid və qazilərin ailələri rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunublar.

Hafta.az xəbər verir ki, Vətən müharibəsinin ildönümü münasibətilə Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş, eləcə də yaralanmış əsgər və zabitlərin ailələri mütəmadi olaraq evlərində ziyarət edilir, şəhid və qazi ailələrinin problemləri ilə maraqlanır, onlara ərzaq yardımları çatdırılır.

Keçirilən silsilə tədbirlərin davamı olaraq Abşeron Rayon İcra Hakimiyyətinin və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə I Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş 6, eləcə də Vətən müharibəsində canını qurban verən Məmmədli kəndindən olan 1 şəhidin ailəsi və 7 Vətən müharibəsi qazisi ziyarət olunub, onlara ərzaq bağlamaları paylanılıb.

Qazi və şəhid ailələri ilə görüşlərdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanmasından, Zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından söz açılıb.

Şəhid ailələrinin üzvləri və qazilər arzu və təkliflərini bildirməklə yanaşı, onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edib, rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürlərini bildiriblər.

Oxunma sayı 20