Böyük Britaniya çempionatının komandalarından "Hall Siti"nin sahibi türk iş adamı Acun İlıcalı Sloveniyanın köklü komandalarından olan "Maribor"u almağa hazırlaşır.
Hafta.az-ın yazdığına görə, Avropa nəşri “Sportklub”a danışan İlıcalı, “Hull City” kimi bir uğur hekayəsi yaza biləcək komanda axtardıqlarını və uzun araşdırmalardan sonra Sloveniyanı seçdiklərini qeyd edib.
Sloveniyanın böyük potensiala malik böyük idman ölkəsi olduğunu bildirən İlıcalı, "Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdıqdan sonra “Maribor” olduğuna qərar verdik. Keçən həftə “Maribor”da idim, şəhəri, stadionu çox bəyəndim" deyib.
İki aydır hansı klubu alacaqlarını araşdırdıqlarını ifadə edən İlıcalı, "Başqa klublara hörmət edirəm, “Mura” çox uğurludur, “Olimpija” Avropada böyük bir addır, amma “Maribor” da belədir. Sonda bir qərar verilməlidir. Komanda və mən inanıram ki, bu layihə böyük azarkeşlərlə birlikdədir. Biz bunun insanlarla və böyük bir şəhərlə doğru layihə olduğuna qərarlıyıq" deyib.
İlıcalı, sloveniyalı futbolçu Miha Zaycla bağlı suala, "Hall Siti"ni ələ keçirəndə ilk hədəfim Zajc idi, amma təəssüf ki, “Fənərbaxça”da qalmağa qərar verdi. Bir az şanslıyam, çünki mən də "Fənərbaxça" fanatıyam. Gələcəkdə nə olacağını görəcəyik. Layihəmiz Sloveniyadadır” deyə cavab verib.