ADY Batumidə keçirilən beynəlxalq konfransda iştirak edib

17:03 07.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dəmir Yolları (ADY) müasir, inteqrə olunmuş qurum olaraq əməliyyatların səmərəliliyinin artırılması və rəqəmsallaşma istiqamətində həyata keçirdiyi yeni layihələrini iyunun 6-7-də Gürcüstanın Batumi şəhərində “Neft və neft məhsullarının Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə nəqli” adlı beynəlxalq konfransda təqdim edib.

ADY-dən hafta.az-a bildirilib ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Ekspres” MMC iştirak etdiyi panel müzakirələrində xüsusi olaraq Qazaxıstan və Türkmənistanın neft və neft məhsullarının Azərbaycandan tranzit keçməklə daşınma istiqamətləri və bu yüklərin aşırılması imkanları müzakirə olunub.

Konfransın keçirilməsində əsas məqsəd regional bazar iştirakçılarını Azərbaycan və Gürcüstandan keçən nəqliyyat dəhlizlərinin geniş imkanları və perspektivləri ilə tanış etmək olub.