AFFA UEFA-nın seminarında təmsil olunub

14:19 25.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 24-25-də Albaniyanın paytaxtı Tiranada UEFA-ya üzv assosiasiyaların nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlılığı” mövzusunda regional seminar keçirilib.

Hafta.az xəbər verir ki, seminarda AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları - departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər.

Seminarda UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi, Avropa Futbol mühiti, yerli maliyyə monitorinqi, hüquqi qrup strukturu və hesabat perimetri, UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması kimi mövzular müzakirə olunub.