Ağcabədidə ağır qəza - 2 əmioğlu öldü

19:29 20.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə baş verən qəza zamanı 2 əmioğlu ölüb bir nəfər ağır xəsarət alıb. 

Hafta.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, hərəkətdə olan "GAZ"el markalı yük maşını "VAZ" 21015 markalı avtomobillə toqquşub.

Qəza zamanı "VAZ"ın sürücüsü 1984-cü il təvəllüdlü Vəliyev Orxan hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər O.Vəliyevin həyat yoldaşı Vəliyeva Türkan və əmisi oğlu 1972-ci il təvəllüdlü Vəliyev Elsevər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

E.Vəliyev əməliyyat olunsa da, əməliyyatdan sonra xəstəxanada vəfat edib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi xəstəxanada davam etdirilir. 

Faktla bağlı araşdırma başlanıb./unikal/