SEPAH-dan Hörmüz boğazı ilə bağlı ÇAĞIRIŞ

08:21 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında alternativ marşrutlardan istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edib.

Hafta.az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir: “Hörmüz boğazının giriş və çıxışı məlumdur və tam nəzarətimiz altındadır. Alternativ marşrutlar təhlükəsiz deyil və ciddi risk daşıyır. Hörmüz boğazında alternativ marşrutlardan istifadənin geri dönməz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirik”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, bundan sonra İran İslam Respublikası Hörmüz boğazında hər hansı gəmiyə raket, pilotsuz uçuş aparatı və ya digər silahlarla hücum edərsə, ABŞ buna cavab olaraq Tehranın daxilində və ya ətrafında yerləşən körpüləri və enerji obyektlərini bombalayacaq.