Ağdamda pambıq daşıyan traktor AŞDI 

18:04 27.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda pambıq daşıyan traktor aşıb.

Hafta.az xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb. Pambıqla yüklənmiş iki qoşqulu traktor idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə nəticəsində traktorçu Elman Temirov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.