Ağdamda yol çəkən texnika minaya düşüb

20:12 17.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.

 

Hafta.az apa-ya istinadən xəbər verir ki, Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.

 

Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.

 

Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.