Ahal-Təkə atçılıq sənəti UNESCO-dan sertifikat aldı

11:20 08.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkmənistan Arkadağ Şəhər Tikintisi üzrə Dövlət Komitəsinin sədri D.Orazov bildirib ki, yaxın günlərdə şəhərə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini təsdiqləyən sertifikatı veriləcək.

Hafta.az-ın yazdığına görə, Arkadağ şəhəri bu sertifikatı "Ahal-Təkə atçılıq sənəti və at bəzək ənənələri" nominasiyası üzrə alıb.

TDHA-nın xəbərinə görə, Türkmən xalqının Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədov bu tədbirə yaxşı hazırlığın vacibliyini vurğulayıb. Ümummilli Lider bildirib ki, UNESCO-nun sertifikatı Türkmənistanda at cinsinin saflığının qorunması, sayının artırılması və türkmən atlarının dünya miqyasında şöhrətinin yayılması istiqamətində aparılan işlərin beynəlxalq aləmdə tanındığını tam şəkildə nümayiş etdirəcək.