Aİ-nin maliyyə nazirləri fiskal siyasətin əsas prinsiplərini təsdiqləyiblər. Reuters xəbər verir. Maastrixt meyarlarının əsas müddəaları dəyişməz olaraq qalır: büdcə kəsiri 3%-dən çox olmamalıdır, dövlət borcunun ÜDM-ə nisbəti isə 60%-dir. Lakin indi bu tələblərə əməl etməyən ölkələrin hökumətləri vəziyyətdən çıxış yollarını Avropa Komissiyası ilə fərdi şəkildə müzakirə edə biləcəklər.
Problemlərin həlli üçün onlara dörd ildən yeddi ilə qədər vaxt veriləcəyi güman edilir. İslahatların həyata keçirilməsi, yaşıl keçid və ya rəqəmsallaşma məsələlərinin həlli və müdafiə imkanlarının artırılması zamanı son tarix uzadıla bilər.
Fors-major vəziyyətində müəyyən edilmiş qaydalardan müvəqqəti kənara çıxmağa imkan verən bənd var, lakin bu tədbir digər hökumətlər tərəfindən təsdiqlənməlidir.