Çərşənbə günü, iyulun 19-da Avropa İttifaqındakı səfirlər Rusiya əleyhinə sanksiyaları genişləndirmək barədə qərar qəbul edə bilərlər. Bu barədə RAR agentliyi məlumat yayıb.
“Çərşənbə günü üzv ölkələrin Aİ-dəki səfirlərinin görüşündə, yəqin ki, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı qərar qəbul ediləcək”, - agentliyin Aİ orqanlarındakı mənbəsi bildirib.
Onun sözlərinə görə, sanksiyalar siyahısına yeni şəxslər və təşkilatlar əlavə olunacaq. Mənbə siyahının ondan artıq mövqe genişləndirilməsini istisna etməyib. O, diqqəti ona yönəldib ki, söhbət “dezinformasiya fəaliyyəti”nə görə məsuliyyət daşıyan şəxslər və təşkilatlardan gedir.
Aİ Rusiyaya qarşı əvvəlki, onuncu sanksiyalar paketini fevralın sonunda təqdim edib. Onun dəyəri 11,4 milyard avro idi.