Aksiz markası olmayan siqaretlər aşkar edilib 

16:24 23.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu ərazisində əməliyyat tədbirləri keçirilib.

Dövlət Gömrük Komitəsindən hafta.az-a bildirilib ki, əməliyyat nəticəsində yaşayış sahəsindən Azərbaycanın aksiz markası ilə markalanmayan 53 adda 30 360 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.