Yazını böyüt
Yazını kiçilt
2023-cü ilin may ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9% artaraq 732,2 min olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,1% artıb və 42 min təşkil edib.
Bu barədə “apa-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edək ki, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,1% artaraq 193,2 minə çatıb.