Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlanıb

16:08 19.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə (kolleclər) sənəd qəbulunun vaxtını açıqlayıb.

DİM-dən hafta.az-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanları üçün ərizə qəbulu (I – V qruplar) martın 16-dan aprelin 14-dək aparılacaq.

Kolleclərə tam (11 illik) orta təhsil bazasında sənəd qəbulu martın 16-dan aprelin 14-dək, 9 illik orta təhsil bazasında isə fevralın 21-dən martın 11-nə kimi aparılacaq.