Yazını böyüt
Yazını kiçilt
Alman futbolunun əfsanəsi Herd Müller vəfat edib.
Hafta.az xəbər verir ki, bu barədə "Bavariya"nın rəsmi saytı məlumat yayıb.
Müller 76 yaşında dünyasını dəyişib. O, 2015-ci ildən sağalmaz xəsətlik olan altsqeymerdən əziyyət çəkirdi.
Qeyd edək ki, Herd Müller 3 dəfə Avropa kubokunun qalibi olub. Hücumçu 1964-1979-cu illərdə "Bavariya"da çıxış edib, 1966-1974-cü illərdə isə Almaniya millisində oynayıb. Müller futbol tarixinin ən çox qol vuran oyunçularından biri hesab olunur. Mərhum futbolçu karyerası ərzində 580 oyunda 523 qol, 104 məhsuldar ötürmə müəllifi olub.