Almaniyada hovuzlardan istifadəyə icazə verildi

21:52 21.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyada açıq havada fəaliyyət göstərən hovuzların istifadəsinə icazə verilib.

Hafta.az oxu.az-a istinadən ki, COVID-19 pandemiyası ilə əlaqədar hovuz sahibləri və buradan istifadə edən şəxslər müəyyən qaydalara riayət etmək məcburiyyətindədirlər.

Artıq hər hovuzun sahibi təhlükəsizlik tədbirləri ilə bağlı təkliflərini yerli hökumət orqanlarına təqdim edib.

Misal üçün, qeyd olunur ki, Bonn şəhərində açıq havada fəaliyyət göstərən hovuz ərazisində bir nəfər üçün ən azı 10 kvadrat metr sahə nəzərdə tutulmalıdır.

Hovuz sahibləri müştərilərin dəqiq qeydiyyatını aparmalı və ərazidə qaydalara ciddi nəzarət etməlidirlər. Sənədləşmə ən azı dörd həftə qorunub saxlanılmalıdır.

Girişdə hər bir qonaq əllərini yumalı, dezinfeksiya qaydalarına ciddi riayət olunmalıdır.

Müştərilər ancaq şəxsi dəsmallarından və tərliklərindən istifadə edə bilər. Heç bir çimərlik əşyası müvəqqəti istifadə üçün götürülə bilməz.

Hovuzda azı bir metr yarım sosial məsafə saxlamaq tövsiyə olunur. Soyunub-geyinmə otaqlarından ümumi istifadə qadağandır.

Oxunma sayı 295