Yazını böyüt
Yazını kiçilt
Dünən Almaniyanın Türingiya əyalətində yerləşən Erfurtda “Qırğız qızı”nın bürünc heykəli ucaldılıb. Heykəlin açılışı Türingiya Ticarət və Sənaye Palatası tərəfindən “Xarici gənclər üçün xoş gəlmisiniz” tədbiri çərçivəsində keçirilib.
Hafta.az-ın yazdığına görə, açılış mərasiminə Türingiya meri Bodo Ramelov, Erfurt Ticarət və Sənaye Palatasının prezidenti Diter Bauhaus, tələbələr və Türingiyadakı qırğız diasporunun nümayəndələri iştirak ediblər.
Məşhur qırğız heykəltəraşı Tamila Mamatova tərəfindən hazırlanmış “Qırğız qızı” heykəli keçmişin irsini daşımaq və işıqlı gələcək arzusunu oyatmaq məqsədi daşıyır.