Ankarada Əlişir Nəvainin abidəsi ucaldılıb

11:02 03.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ankara şəhərində məşhur özbək şair Əlişir Nəvainin heykəli qoyulub.

Hafta.az-ın yazdığına görə, bu barədə Özbəkistanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilir ki, açılış mərasimi “Bir olsaq – bir millətik, birrləşək – Vətənimiz!” şüarı altında Özbəkistanın Müstəqilliyinin 33-cü ildönümü tədbirləri çərçivəsində təşkil olunub.

Səfirliyin və Ankaranın Keçiörən rayonunun təşəbbüsü ilə keçirilən tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin, TÜRKSOY təşkilatının, Ankara şəhər və rayon administrasiyalarının nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, dilçi alimlər və geniş ictimaiyyət iştirak edib.

Tədbirdə çıxış edən Özbəkistanın Ankaradakı səfiri Əlişir Əzəmxocayev Əlişir Nəvainin heykəlinin ucaldılmasında əməyi olanlara, o cümlədən Keçiörən rayon rəhbərliyinə və Başkənd Universitetinin Əlişir Nəvai tədqiqat mərkəzinin rəhbəri Abdurahman Gözələ xüsusi təşəkkürünü bildirib.

“İndiyədək Moskva, Düşənbə, Astana, Tokio, Minsk, Şanxay, Seul və Bakıda Əlişir Nəvainin heykəlləri qoyulub. Ona görə də mən ürəkdən inanıram ki, ulu əcdadımızın Ankarada möhtəşəm heykəlinin açılışı təkcə bizim üçün deyil, Türkiyədəki, hətta bütün türk dünyasındakı qardaşlarımız üçün böyük şərəfdir”, - deyə səfir bildirib.