Yazını böyüt
Yazını kiçilt
Müasir dünyada qida sadəcə gündəlik istehlak vasitəsi deyil, sağlamlığın, rifahın və davamlı gələcəyin əsas təminatıdır. Bu baxışla Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ( AQTA) yanında Məşvərət Şurası yeni kampaniyaya başlayıb.
Hafta.az xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, kampaniyanın əsas məqsədi vətəndaşları ictimai iştirakçılığın həyata keçirilməsi ilə qida zəncirinin hər bir mərhələsində qida təhlükəsizliyinə nəzarətin təmin olunmasına cəlb etməkdir:
“Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir. Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!”.