Arayik Ruben Vardanyana “dövlət naziri” postunu təklif etdi

12:36 04.10.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

31-ci ildir ki, Azərbaycan Respublikası ərazisinin hazırda müvəqqəti(!) olaraq Rusiya “sülhməramlı”larının nəzarətində qalan bir hissəsində qondarılmış separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan  bir aydan çoxdur torpaqlarımızda  qanunsuz fəaliyyət göstərən milyarder Ruben Vardanyanla görüşüb.

Hafta.az xəbər verir ki, separatçı erməni nəşrlərinin  məlumatına görə, separatçı rəhbər bu haqda öz “Facebook” səhifəsində yazıb.

Görüş zamanı A. Arutyunyan Rusiya iş adamına Xankəndindəki qeyri-qanuni dırnaqarası “hökumət”də qondarma “dövlət naziri” vəzifəsini təklif edib.

Vardanyanın təklifə necə cavab verməsi haqda hələlik məlumat açıqlanmayıb. A.Arutyunyan daha sonra bu haqda geniş məlumat verəcəyini bildirib.

Siyasət rubrikasından digər xəbərlər