“Araz” Çempionlar Liqasına məğlubiyyətlə başladı

21:55 28.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futzal üzrə Azərbaycan çempionu “Araz” (Naxçıvan) bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb.

Hafta.az xəbər verir ki, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk sınağında Ukraynanın “Uraqan” komandası ilə üz-üzə gəlib. İvano-Frankivski şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında keçirilən qarşılaşmada komandamız meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

UEFA Çempionlar Liqası
6-cı qrup

28 oktyabr

Uraqan (Ukrayna) – Araz (Naxçıvan, Azərbaycan) 2:1
Qollar: N.Şved, 9:46. A.Farenyuk, 15:04 – R.Çovdarov, 29:29.