Yazını böyüt
Yazını kiçilt
Sabirabad rayonunda kişi arvadı tərəfindən döyülüb.
DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən xəbərə görə, Sabirabad rayon sakini M.Musayev dünən saat 21 radələrində DİN-in "102" Xidməti-Zəng Mərkəzinə müraciət edərək, həyat yoldaşının ona taxtadan olan stulla xəsarət yetirdiyini bildirib. Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.
Faktla bağlı polis şöbəsində araşdırma aparılır.