Astarada ikimərtəbəli ev yanıb

14:09 20.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astara rayonunun Təngərüd kəndində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə yanıb.

Hafta.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.