Atasının qəbirüstü abidəsini sökdürdülər - HİTLERƏ OXŞADIĞINA GÖRƏ

19:00 28.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almniyanın Vayl-im-Şyonbux kommunasının sakinini atasının qəbiri üstündə ucaltdığı abidəni sökməyə məcbur ediblər.

Hafta.az xəbər verir ki, buna səbəb yerli sakinlərin şikayəti olub. Belə ki, abidə Adolf Hitlerə çox bənzəyib.

Oliver adlı şəxs 2013-cü ildə ölən atasının məzarının üstünə taxtadan abidə qoyub. Heykəl əynində futbol forması olan balaca bığlı kişiyə oxşadılıb. Formanın nömrəsi isə "88" göstərilib. Bu rəqəmi radikallar nasist salamı olan "Hayl Hitler" əvəzinə işlədirlər.

Lakin vəkil bu rəqəmin mərhumun uzun illər "88" nömrəli evdə yaşaması ilə bağlı olduğunu, Hitlerə heç bir bağlılıqlarının olmadığını deyib. Məsələ dövlət təhlükəsizlik orqanları səviyyəsində araşdırılır.

 

Oxunma sayı 3715