Avropa Bankı Ukraynaya bərpa üçün 1,5 milyard avro vəd edib

19:41 20.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bərpa üçün bu il 1,5 milyard avro ayırmağa söz verib. Bu barədə Nazirlər Kabinetinin rəhbəri Telegram-da yazıb.

O, bu məsələləri AYİB rəhbəri Odil Renaud-Basso ilə müzakirə etdiyinə aydınlıq gətirib. Onun sözlərinə görə, bank cari ildə dövlət və özəl sektorun dəstəklənməsinə, xüsusən də kiçik və orta biznesin dəstəklənməsinə, yol tikintisinin maliyyələşdirilməsinə, şəhərlər və icmalarla əməkdaşlığa, enerji sektorunun dəstəklənməsinə diqqət ayırmağı planlaşdırır.

"Bankın bu il üçün əvvəlcədən planlaşdırılan dəstək portfeli 1,5 milyard avrodur" deyə Şmyqal yazıb. O, həmçinin AYİB-ə "bu çətin vaxtlarda Ukraynanın ehtiyacları üçün" kömək etdiyinə görə təşəkkür edib.