Avropa İttifaqı diplomatik akademiya yaradır 

10:25 27.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) Avropa Diplomatik Akademiyasının yaradılması üzrə pilot layihəyə başlayır. Bu layihə Aİ-nin prinsipləri və maraqlarının dünyada təşviqi üçün kadr bazasına çevrilmək məqsədi daşıyır.

 

Hafta.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.

 

"Mürəkkəb böhranların yaşandığı daha mürəkkəb dünyada Aİ-nin diplomatik səsinin daha yüksək səslə eşidilməsinə ehtiyac var", - Borrel deyib.

 

Tədris kursu Aİ-nin Brüsseldəki Avropa təsisatlarında, həmçinin NATO kimi Avropanın xarici və təhlükəsizlik siyasəti ilə bağlı təşkilatlarda müntəzəm təcrübəni əhatə edəcək.