Yazını böyüt
Yazını kiçilt
Avropa İttifaqının Sərhəd Nəzarəti Agentliyi Frontex Avropa İttifaqının sərhədini keçən rusların sayında artım qeydə alıb. Hafta.az bildirir ki, bu barədə çərşənbə axşamı agentlik rəsmi saytında məlumat yayıb.
"Rusiyanın qismən səfərbərlik elan etməsindən sonra qonşu Aİ-yə üzv dövlətlərə sərhədi keçənlərin sayı artıb. Son bir həftə ərzində demək olar ki, 66 min Rusiya vətəndaşı Aİ-yə daxil olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 30% çoxdur. Onların əksəriyyəti Finlandiya və Estoniyaya gəlib ", - Frontex mesajında deyilir.