Avropa İttifaqına üzvlük prossesi nəzərdən keçirilməlidir - Volfqanq İşinger

10:20 16.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqına üzvlük prossesi nəzərdən keçirilməlidir.

Bu barədə Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşinger XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.

“Bosniya və Herseqovina və digər ölkələr üzvlük üçün nə qədər gözləməlidir? Bu o deməkdir ki, danışıqlar yolunda getmir. Bu səbəbdən Avropa Birliyinə qəbul prosesi nəzərdən keçirilməlidir.

Dünyada olan münaqişələr yeni çağırışlar ortaya qoyur. İndiki Avropa birliyi keçmişdən fərqlənir. İstifadə olunan alətlər, prosedurlar yenidən işlənməlidir”,- deyə o bildirib.