Avropa İttifaqının genişlənmə siyasəti iflic vəziyyətdədir - Monteneqronun sabiq prezidenti

10:43 16.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının genişlənmə siyasəti iflic vəziyyətdədir.

Bu barədə Monteneqronun sabiq prezidenti Milo Cukanoviç XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.

“Siyasi müstəvidə problemlər müşahidə olunur. Qərb və Şərq arasında inteqrasiya gündəm məsələdir. Avropa İttifaqı da genişlənmə siyasətini dayandırdı. Bizim qarşımızda indi bir dilemma dayanır.

Avropa İttifaqı qonşuları üçün narahat olmalıdır. Bu onun gələcəyinə xələl gətirə bilər”,- deyə o bildirib.