Yazını böyüt
Yazını kiçilt
İsti yay gözləntisi və yüksək tədarük səbəbiylə Avropada təbii qazın qiyməti min kubmetr üçün 340 dollara düşüb.
Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, qiymət 2021-ci ilin iyun ayından bu yana ilk dəfə bu həddə enib. Hətta mütəxəssislər yayda qiymətin 220-280 dollara düşəcəyini proqnozlaşdırırlar.
Ukraynadakı müharibədən sonra Avropa Rusiya ilə münasibətləri minimuma endirmək üçün təbii qazın alınmasında digər təchizatçılara, xüsusilə də ABŞ-a üz tutdu. Avropa Birliyi ölkələri bu il ilk dəfə birgə tenderlər vasitəsilə qaz alırlar. Bu üsulun qiymətlərin aşağı salınmasında da təsirli olduğu bildirilir.
“Kommersant”ın yazdığına görə, Rusiya indi Avropa əvəzinə Asiya bazarına satışını artırmaqla tarazlıq tapmağa çalışır.