Avropada koronavirus sürətlə yayılır

22:46 08.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

İsveçdə koronavirusa yoluxanların sayı 203 nəfərə çatıb. Stokholmda virusa 115 nəfər yoluxub.

Yonçyepinq, Vestra-Yetaland, Vermland, Erebru və Evlenborq şəhərlərində də koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanların çoxu İtaliya və İrana səfər edən şəxslərdir.

Almaniyada isə koronavirusa yoluxma halları 900-ü ötüb. Bu barədə ölkədə koronavirusa yoluxanların statistikasını aparan Robert Koh adına institutu məlumat yayıb.

Virusa yoluxanların təxminən yarısı Şimali Reyn-Vestfaliyanın ən böyük torpaqlarında yaşayır (398 nəfər). Saksoniya-Anhalt əyalətindən başqa Almaniyanın bütün bölgələrində yoluxan şəxslər qeydə alınıb. Fransada da koronavirusa yoluxanların sayı artmaqda davam edir. Ölkədə koronavirusa yoluxma halları 949-dan 1 126-a yüksəlib. 

Virusa yoluxanlardan 19-u dünyasını dəyişib, 50-yə yaxının vəziyyəti ağırdır. Hazırda koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada bir gündə 1 500 nəfərdə koronavuris aşkarlanıb. Hazırda Avropanın qədim dövlətində 7 300 nəfər virus daşıyıcısıdır. Epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə 15 milyon insan karantində saxlanılır.