Avropaya qaz satışı son 50 ildə ikiqat azalıb

10:05 07.07.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

“Qazprom”un Avropa ölkələrinə nəql etdiyi qazın həcmi 12,1 milyard kubmetrə qədər azalıb. Bu sürətlə davam edərsə, ixrac 1975-ci ildə - sovet dövründə illik 19,3 milyard dollarlıq həcmdən də aşağı düşə bilər.

Hafta.az-ın “Reuters”in məlumatına istinadən yazdığına görə, bu ilin birinci yarısında 2017 - 2019-cu illərdə “Qazprom”un rekord satışları ildə 170-180 milyard kubmetr səviyyəsində olub.

Avropa ötən il Rusiyadan 62 milyard kubmetr qaz alıb.

Hesabata görə, Rusiyada qaz hasilatı Ukrayna torpaqlarına hərbi müdaxilədən əvvəlki səviyyələrlə müqayisədə 24 faiz azalıb.

Qaz ixracından büdcə gəlirləri bir il əvvəl 1,1 trilyon rublu ötdüyü halda, bu ilin birinci yarısında 80 faiz azalaraq 241 milyard rubla düşüb. Beləliklə, 2022-ci ilin ikinci yarısında “Qazprom” 1,3 trilyon rubl xalis zərər edib.

BCS-in analitiki Ronald Smit hesab edir ki, bu il “Qazprom”un Avropa bazarında gəliri daha 75 faiz azala bilər. Smitin sözlərinə görə, hazırda hər min kubmetrin qiyməti ötənilki 830 dollarla müqayisədə 445 dollar təşkil edir.

"Alfa Bank"ın baş analitiki Nikita Bloxin xəbərdarlıq edib ki, "Qazprom" yaxın illərdə "maliyyə sabitliyi üçün ciddi təhlükə ilə üzləşə bilər".