Yazını böyüt
Yazını kiçilt
Naxçıvanda minik avtomobili qaz xəttinə çırpılıb.
Hafta.az Naxçıvan Regional Qaz İstismarı İdarəsinə istinadla xəbər verir ki, hadisə Şahbuz rayonunun Sələsuz kəndində qeydə alınıb.
Avtomobil d-100 mm-lik qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti yararsız hala düşüb.
Təhlükəsizlik səbəbilə 160 abonentə təbii qazın verilişi dayandırılıb. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.