Avtomobillə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

19:38 21.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax şəhər ərazisində rayon sakini, 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü rayon sakini Zamin Cavadov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.