Yazını böyüt
Yazını kiçilt
“Azərbaycanın Ombudsmanından fərqli olaraq Ermənistan Ombudsmanı insan hüquqlarını pozan komissar kimi çıxış edib.
Hafta.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Ombudsman Səbinə Əliyevanın Xankəndidə erməni sakinlər ilə görüşünə diqqət çəkərkən bildirib.
“Ermənistan Ombudsmanı İkinci Qarabağ savaşı və ondan əvvəl işğalı dəstəkləyirdi. Azərbaycan Ombudsmanı isə insanların hüquqlarının təmin olunması qayğısına necə qalmağı dünyaya nümayiş etdirdi. Bunu dünya görməlidir. Xüsusən də Fransa. Dünya gözünü açıb Azərbaycana yaxşı baxsın. Görsün ki, Azərbaycan milliyətindən asılı olmayaraq vətəndaşları arasında fərq qoymur”.