AYNA ictimai nəqliyyatda nağdsız ödəniş və yeni mobil tətbiqləri istifadəyə hazırlayır. Belə tətbiqlərdən biri də hazırda test mərhələsində olan MaaS (Mobility as a Service) tətbiqidir. Mobil tətbiqi vasitəsilə istifadəçilər avtobusların gəliş vaxtını real vaxt rejimində izləyə biləcəklər.
Hafta.az xəbər verir ki, Agentlik AYNA MaaS (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilərin avtobusların gəliş vaxtını real vaxtda izləyə biləcəklərini bildirib. Qeyd olunub ki, bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək.
Məlumata görə hazırda layihənin beta-versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək. Agentlik bildirir ki, sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda AYNA tərəfində innovativ həllər üzərində iş aparılır.