Yazını böyüt
Yazını kiçilt
2022-ci ildə 36 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib və 2,2 milyon sərnişin daşıyıb.
Bunu hafta.az-a məxsusi müsahibəsində “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib. O qeyd edib ki, bu rəqəm bu günədək olan rekord nəticədir.
Onun sözlərinə görə, ümumiyyətlə, beynəlxalq reyslər üzrə ümumi sərnişinlərin 41 faizini AZAL, qalan 59 faizini isə digər aviaşirkətlər daşıyıb.