Azərbaycan 1918-20-ci il sərhədləri ilə bağlı yenidən düşünməlidir - Ekspert

17:05 26.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 27-də Azərbaycanın öz torpaqlarını düşmən tapdağından azad etməsinin ikinci ili tamam olur. Vətən Müharibəsindən ötən bu 2 il ölkəmizə nələri bəxş etdi, beynəlxalq ictimaiyyətə hansı mesajlarını verdi?

Bu istiqamətdə hafta.az-a danışan siyasi təhlilçi Azər Hüseynov bildirib ki, Azərbaycan son iki ildə istər geosiyasi, istər geoiqtisadi baxımdan kifayət qədər irəliyə doğru addımlayıb.  Onun szölərinə görə, dünyanın bir çox ölkələrində, eləcə də İranda ictimai sabitliyin olmadığı bir dövrdə Azərbaycanda sabitliyin olması, eyni zamanda hərbi qələbələrin əldə olunması  Azərbaycan dövlətinin əldə etdiyi böyük nailiyyətlərdən biridir. 

Müharibədən sonra ötən bu iki il ərzində cəmiyyətin bir çox problemlələ üzləşdiyini deyən A.Hüseynov bunu daha çox müharibədən dönən qazilərin sosial təminatı ilə bağlı həyata keçirilən fəaliyyətlərin bəzi hallarda daha çox effektiv olmaması ilə bağlı olduğunu bildirib. Onun fikrincə, belə hallar daha çox  məmur və mexanizm problemləri ilə əlaqədardır.

“Bir sıra hallarda cəmiyyətimizdə cərəyan edən bu proseslərin arxasında hardasa qeyri-müəyyən qüvvələrin də durduğunu ehtimal etmək olar.  Amma ümumilikdə, bu iki il ərzində Azərbaycan dövlətinin nüfuzunun artması, eləcə də onun Türkiyə ilə ittifaqının güclənməsi, eyni zamanda diplomatik vasitələrlə Rusiya təsirinin azaldılması bütün bunların hamısı təqdirəlayiq və önəmli məsələlərdir. Bununla belə bu iki il ərzində keçdiyimiz yol onu deməyə əsas verir ki, biz regionda daha da güclənmək, böyük geosiyasi hədəflərə nail olmaq üçün Türkiyə ilə olan münasibətlərimizi daha da sıxlaşdırmalıyıq və onunla müxtəlif istiqamətlərdə daha dərin, geosiyasi, hərbi, iqtisadi konfiqurasiyalar qurmalıyıq”.

A.Hüseynov hesab edir ki, Azərbaycan dövlətinin gördüyü gözəl işlərdən biri tarixi torpaqlarına hüquqi miras olduğunü qaldırmasıdır.

“Bəli, Azərbaycan 1918-20-ci il sərhədləri ilə bağlı yenidən düşünməlidir. Əlbəttə ki, bu ilk öncə Ermənistanla bağlı olmalıdır. Digər qonşularımızla sərhəd məsələsinin qabardılmasının tərəfdarı deyiləm. Qonşularımız bizə qarşı ərazi iddiaları ilə çıxış etmirlərsə bizim də orda “qanamayan yerdən qan çıxarmağa” ehtiyacımız yoxdur. Amma Ermənistan dəfələrlə Azərbaycan torpaqlarına təcavüz etdiyinə görə sərhədlərin yenidən qurulması ilə bağlı fəaliyyətlər həyata keçirdə bilər”.

Oxunma sayı 1440
Siyasət rubrikasından digər xəbərlər