Azərbaycan boksçusu Moskvada rinqə çıxacaq

12:41 23.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Rusiyanın paytaxtı Moskvada boksçulardan ibarət dünya yığması “Dinamo” ilə qarşılaşacaq.

Azərbaycan Boks Federasiyasından Hafta.az-a bildirilib ki, döyüşdə milli komandamızın idmançısı Səidcəmşid Cəfərov da rinqə çıxacaq.

O, dünya yığmasının heyətində 75 kiloqramda paytaxt təmsilçisinin boksçusu Yeqor Şapoçanski ilə qüvvəsini sınayacaq.