Azərbaycan boksçusu Olimpiadada 1/8 finala yüksəlib

09:00 25.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan yığmasının daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Hafta.az-ın məlumatına görə, boks millimizin üzvü Cavid Çələbiyev yarışa start verib. 63 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/16 final mərhələsində Ukrayna boksçususu Yaroslov Hartsizlə görüşüb. Qarşılaşmada dünya çempionumuz inamlı qələbə qazanıb - 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28)

O, 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.