Azərbaycan daha iri miqyaslı hərbi əməliyyatlara keçməlidir - Politoloq

12:40 04.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan danışıqlar getdiyi bir dövrdə yenə atəşkəsi pozur. Bir tərəfdən guya sülhə gələcəyini deyir, bir tərəfdən də silahı Azərbaycana qarşı tuşlayıb. Müəmmalı məqamlardan biri də budur ki, münasibətlərin tənzimlənməsində vasitəçi olan tərəflər də prosesə tamaşaçı qalırlar. 

Sərhəddə baş verən hazırki vəziyyəti hafta.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistan növbəti təxribatlarla Azərbaycandan masa arxasında istədiklərini almağa çalışır. Ə.Məmmədli qeyd edib ki, son dövrdə ABŞ-ın yüksək vəzifəli nümayəndəsinin İrəvana səfəri, Hindistanın İrəvana 200 milyon dəyərindən çox silah satması və sair bu kimi faktlar Ermənistanı yeni cinayətlər törətməyə ürəkləndirib. Ola bilsin ki, Avropadakı erməni diasporası da Ermənistan hökumətinə bu yöndə tapşırıq verib. 

Ə.Məmmədli bildirib ki, Ermənistana o zaman dərs olacaq ki, o birdəfəlik susdurulacaq.

“Ermənistan  bu müharibənin daha ağır nəticələrini görməlidir. Bunun üçün də Azərbaycan Ermənistan adlanan ölkədə hərbi əməliyyatlara keçməlidir və bunun miqyası daha geniş olmalıdır. Kolonlarla erməni evlərindən çıxıb İrəvana qaçanda, mərkəzi meydanda hakimiyyətdən tələblər edəndə  nəhayət erməni xalqının, hakimiyyətinin başına ağıl gələcək və Azərbaycanın tələblərini yerinə yetirməyə hazır olacaqlar. Bu olmayana qədər biz Ermənistadan bu cür təxribatları hələ çox görəcəyik. Hətta erməni silahlı qruplaşmalarının əks hücum həmlələrini də görə bilərik. Ona görə də Azərbayacn konkret addımlar atmalı və daha iri miqyaslı hərbi əməliyyatlara keçməlidir. Düşmən birdəfəlik susdurulmalıdır”.

Siyasət rubrikasından digər xəbərlər