Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından MƏHRUM EDİLDİ

15:45 04.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiya Federasiyası vətəndaşlığından məhrum edilib.

Hafta.az xəbər verir ki, Elşən İbrahimov məlumatı təsdiqləyib.

"Rusiya hökumətinin bu qərarının səbəbini nədə görürsünüz?" sualına cavabında o deyib ki, yaxın günlərdə vətənə - Azərbaycana qayıdacaq və həmin vaxt məsələ ilə bağlı açıqlama verəcək. /oxu.az/