Azərbaycan dövlət büdcəsinin gəlirləri artıb

13:10 13.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 24,67 milyard manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1,9 faiz çoxdur.

Hafta.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Ötən il dövlət büdcəsinin xərcləri 26,4 milyard manata bərabər olub və 2019-cu illə müqayisədə 8,2 faiz artıb. Dövlət büdcəsinin kəsiri 1,744 milyard manat təşkil edib.