Möhtərəm Prezidentimiz İlham Əliyevin İtaliyaya işğüzar səfəri çərçivəsində İtaliya Azərbaycan Universitetinin yaradılması Azərbaycan təhsilinin beynəlxalq aləmdə qazandığı ən böyük uğurdur.
Bunu hafta.az-a millət vəkili Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, İtaliya Avropanın ən inkişaf etmiş ölkələrindəndir. Böyük 7-lərin üzvüdür:
"Azərbaycan-İtaliya arasında yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətləri var. İtaliya Azərbaycanın ən böyük ticarət ortaqlarından biridir. Bu mənada bu ölkə ilə münasubətlərimizin getdikcə də inkişaf etməsi dipıomatiyamızın ən böyük uğurlarındandır. İtaliya işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quryculuq işlərində də çox fəal iştirak edir. Hazırda İtalyan şirkətləri bir sıra layihələr icra edir. Qısa müddətli və işğüzar səfərin zəngin proqramı var idi.
Səfər proqramı çərçivəsində möhtərəm Prezidentimiz Romanın ən qədim küçələrində yerləşən Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışında iştirak ütdi.
Qeyd etmək lazımdır ki, bu binada eyni zamanda Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan - İtaliya Dostluq Mərkəzi də fəaliyyət göstərəcəkdir
Sözsüz ki, bu mərkəzlərin açılması ölkələrimiz arasındakı münasibətlərə bundan sonra töhfələr verəcəkdir.
Səfər proqramının ən önəmli mğsələlərindən biri də ADA Universiteti ilə İtaliyanın beş nüfuzlu universiteti arasında qurulmuş sıx əməkdaşlıq əsasında İtaliya-Azərbaycan Universitetinin yaradılması idi.
Bildiyimiz kimi Aprel ayında hər iki ölkənin yüksək səviyyəli dövlət rəsmilərinin iştirakı ilə belə bir universitetinin Bakıda qurulması ilə ADA ərazisində yeni kampusun təməlqoyma mərasimi olmuşdur.
Yeni yaradılan bu universitetdə həm hər iki ölkə arasında elm, təhsil, mədəniyyət sahəsində sıx əməkdalıq olmaqla bərabər, tələbələr çox önəmli və aktual ixtisaslar üzrə fakültələrdə yüksək səviyyəli ali təhsil alacaq və elmi tədqiqat işləri aparacaqlar.
Möhtərəm Prezidentimizin səfər proqramı çərçivəsində İtaliyanın Prezidenti və Nazirlər Şurasının sədri və digər rəsmilərlə də görüşü olubdur. Bir sözlə möhtərəm cənab Prezidentimizin İtaliya səfəri çox uğurla başa çatmışdır".