Azərbaycan millisi Tacikistana qalib gəldi

17:01 28.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.

Hafta.az.az xəbər verir ki, milli üçüncü matçında Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüşün 90 dəqiqəsi 2:2 hesabı ilə yekunlaşıb. 

Penaltilər seriyasında Azərbaycan millisi 3:1 hesablı qələbə qazanıb. 

U-17-nin heyətində qollara 10-cu dəqiqədə Əli Qazıbəyov, 13-cü dəqiqədə isə Ümid Səlimov imza atıblar.